top of page
Search

Qara Tamara

60-cı illərdə İsmayıllı rayonunda Azərbaycan SSR Ali Sovetinə deputatlar məşhur musiqi xadimlərindən təyin olunardı. Bu ənənə Qara Qarayevlə başlamışdı. Bir müddətdən sonra Qara Qarayev dünyasını dəyişdi və Fikrət Əmirov deputatlığa göndərildi. Tezliklə o da vəfat etdi və İsmayıllıdan deputat seçilmək növbəsi Maestro Niyaziyə çatdı. Amma onun da deputatlığı uzun sürmədi. Maestro rəhmətə gedəndən sonra daha musiqiçilərdən deputat təyin olunmadı... Onlardan sonra deputatlıq növbəsi fəhlə “aristokratiyası”nın nümayəndələrinə yetişdi.

Bəstəkar Qara Qarayev İsmayıllıdan deputat olanda çox sayda toplanmış seçicilərin iştirakıyla açıq səma altında görüş keçirilirmiş. Raykomdan Qarakişi dayıya təklif edirlər ki, yığıncaqda çıxış etsin. Rayon ictimaiyyətinin adından bəstəkar-deputatdan xahiş etsin ki, İsmayıllıda musiqi məktəbinin açılmasına köməklik göstərsin.

Qarakişi dayı da yarızarafat-yarıciddi bildirir ki, belə çıxışlar üçün Nəzərova (Qara Tamaranın soyadı belə idi) yaxşıdır. O, fəal ictimaiyyətçi olub, raykomda-zadda işləyib, həm də qadındır, sözü keçərli olar.

Qarakişi dayının təklifi keçir. Musiqi məktəbinin açılması ilə əlaqədar xahişlə deputata müaraciət etmək Tamaraya tapşırılır. Qara Tamara gurultulu alqış sədaları altında camaatın xahişini deputata çatdırır. Qara Qarayev isə bu xahişi yerinə yetirəcəyinə söz verir.

Doğrudan da, növbəti dərs ilinin başlanmasına bir az qalmış İsmayıllıda musiqi məktəbi açılır… Bu məsələdə Qara Tamaranın fəaliyyəti sıravi adamlar arasında o qədər şişirdilir ki, hətta məktəbin açılmasının əsas səbəbkarı olmuş Qara Qarayevin xidmətlərini də kölgədə qoyur. Məmməd Mirzə, “Olmuş əhvalatlar, lətifələr və rəvayətlər”.

32 views

Recent Posts

See All

Erməni dostlarımız

Cahan dayı, Qrita xala (erməni ailə) Soltankənddə yaşayırdılar və bizim ailə ilə dostluq edirdilər. Onda atam sağ idi. Onlar bizə tez-tez...

コメント


bottom of page