top of page

İsmayıllının keçmişi, onun hekayələri

İsmayıllı təkcə mənzərəli kənd yerləri, cəlbedici landşaft, qalın meşələrin içində gizlənmiş idillik göl və başı qarlı dağlardan, bir sözlə gözəgələn naturadan ibarət deyil. O heç təkcə ilk qadın gəmi kapitanı və ya romantik-psixodelik poeziya və proza müəlliflərindən də ibarət deyil. İsmayıllı həm də sadə insanlar, onların məişəti və hekayələridir. Bu hekayələr onun əyni-başıdır. Mənim üçün daha maraqlısı isə həmin insanların və keçmişdən gələn ağızbarı əhvalatların, hadisələrin vizual əksidir.  Mənə elə gəlir ki, fotoların ifadə etdiyi konsept və məzmun, ümumiyyətlə vizual format keçmişi anlamaq üçün intim və əvəzsiz fürsət yaradır. Bu həm də ona görə əhəmiyyətlidir ki, foto və video təsvirlər insanların həyatını dəyişib, onların məişətinə müdaxilə edib. İndi bu təsvirlər albomlarda, rəqəmsal yaddaşlarda gizlənir. 

Biz istəyirik ki, keçən günlərin təsvirlərini "sandıqdan" çıxaraq, beləcə xatirələri sənədləşdirək və bir növ alternativ muzey yaratmış olaq, onları gələcək nəsillər üçün əlçatan edək.

Ümid edirəm ki, siz də bu təşəbbüsə qoşulacaq və albomunuzda, dolablarınızda saxladığınız, telefonunuzun və ya kompüterinizin yaddaşında qalan şəkilləri, onlarla bağlı xatirələrinizi bizə göndərəcəksiniz.

IMAGE0020.JPG
  • LinkedIn
  • Facebook
  • Instagram

Vüsal Həmzəyev

Layihənin müəllifi

bottom of page